Necə başlayım?
Brendiniz üçün ilk kampaniyanı 30 dəqiqəyə işə salın. Aşağıda addım-addım bələdçi.
1. Brend hesabını aç
"Demo bron et" düyməsini basın və ya bizə yazın. Komandamız sizinlə əlaqəyə girir, brend qeydiyyatını birlikdə açırıq (ad, logo, əlaqə email-i). Bu addım ~10 dəqiqədir.
2. Filiallar əlavə et
Admin paneldə Filiallar bölməsinə keçin və brendin hər bir nöqtəsini əlavə edin (ad, ünvan). Filial olmadan kampaniya yarada bilməzsiniz.
3. Agent və kassir hesabları yarat
Əməkdaşlar bölməsində: "Yeni agent" və "Yeni kassir" düymələri. Hər biri üçün şəxsi email + filial təyin edirsiniz. Sistem güclü şifrə avtomatik yaradır, emailə göndərir.
4. İlk kampaniyanı yarat
Kampaniyalar > "Yeni kampaniya". Növü seçin (Endirim / 1+1 / Paket), qiymət, kod sayı, hansı filiallarda işləyəcəyini təyin edin. "Yayımla" düyməsini basanda canlı olur.
5. Satış linkini paylaş
Hər kampaniyanın "Linki kopyala" və "Satış QR" düyməsi var. Linki Instagram / WhatsApp / saytınızda paylaşın, ya da QR-ı çap edib divara yapışdırın. Müştəri linki açır → email/ad daxil edir → ödəyir (kart) və ya nağd seçib bonusu götürür.
6. Kassir telefonda QR oxuyur
Müştəri gəldikdə kassir öz telefonundan kassirpanel-i açır, QR-ı oxuyur. 300ms-də nəticə görünür: yaşıl (keçərli) → təsdiqlə, narıncı (artıq istifadə edilib) → rədd et. Ehtiyat halında refund edə bilər.
7. Hesabatlara bax
Admin panelin Hesabatlar bölməsi: bu gün satılan kodlar, agent ranking, filial performansı, ödəniş üsulları, Excel export. Real-vaxt yenilənir.